Artıq dörd turu arxada qalan cari İspaniya çempionatında “Real” (Madrid) ikinci məğlubiyyətini yaşayıb.
Korner.az– ın məlumatına görə, dünən “Kral klubu” “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.
Matçdan sonrakı mətbuat konfransında Mourinyo komandasını tənqid edib.
“Həm birinci, həm də ikinci hissədə biz çox pis oynadıq. “Sevilya” layiqli qələbə qazandı kı, buna görə də onlara təbrik düşür. Bizdə qalib gəlmək ruhu itib. Demək olar ki, bu gün mənim komandam yoxdur” – deyə o vurğulayıb.
