Mourinyo: “Klop bu dəfə də uduzsa…”
25.05.2019 , 11:21

Joze Mourinyo Çempionlar Liqasının finalı ilə bağlı danışıb.
Portuqaliyalı mütəxəssis Yurgen Klopun kuboku qazanması onun üçün böyük uğur olacağını deyib.
“Əgər Klop bu dəfə bu mükafatı qazansa, bu onun üçün çox böyük uğur olacaq. Əksi baş versə, Çempionlar Liqasının finalına çıxıb, bu titulu 3-cü dəfə uduzmuş olacaq. Bu, çox ağır ola bilər.”
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının finalında “Tottenhem” ilə qarşılşacaq. Görüş iyunun 1-i Madriddə “Vanda Metropoliten” stadionunda keçiriləcək.
