“Çelsi”nin baş məşqçisi Xose Mourinyo Fernando Torresin klubdan ayrılmasını şərh edib.
Korner.az-ın məlumatına görə, “Milan” klubuna 2 il icarə əsasında forma geyinəcək Torresə böyük ümidlər bəslənilir. Mourinyo onun “İnter”ə getməsini arzu etsə də, bu baş tutmayıb:
“Kaş Torres “İnter”ə gedərdi. O, gözəl insan və əsl peşəkardı. Mən ona inanıram, sadəcə dəyişimə ehtiyacı var”.
Qeyd edək ki, Torres 2011-ci ildə “zadəganlar”ın heyətinə qatılıb və 114 oyuna cəmi 20 qol vura bilib.(goal.com)
