Türkiyə Superliqasının 26-cı turu çərçivəsində "Qalatasaray" səfərdə "Kayserispor"un qonağı olub.
Korner.az-ın məlumatına görə, "Cim-Bom" ilk hissədə vurduğu 3 qolla 3 xalı aktivinə yazdıraraq liderliyini davam etdirib – 3:1.
"Cim-Bom"un yaxın izləyicisi "Fənərbağça" isə az öncə bitən qarşılaşmada "Antalya"nı səfərdə 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Qalatasaray"ın ÇL-dəki rəqibi Madrid "Real"ının çalışdırıcısı Joze Mourinyo da bu oyunu izləyənlər arasında idi.
