Mourinyo İtaliyaya yollansa…
05.04.2019 , 12:00

Son iş yeri İngiltərənin “Mançester Yunayted” klubu olan portuqaliyalı baş məşqçi Joze Mourinyonun gələn mövsüm hansı klubu çalışdıracağı hələ də müzakirə mövzusudur.
“Sky Sport” nəşrinin verdiyi məlumata görə, Mourinyo İtaliyaya qayıtsa, əvvəlki klubu “İnter” ilə razılığa gələcək. Bundan başqa seçimlər arasında hazırda uğursuz dövrünü yaşayan “Roma” klubu da var.
Qeyd edək ki, Joze Mourinyo hazırda şərhçi kimi fəaliyyətini davam etdirir.
