“Çelsi” klubunun təcrübəli baş məşqçisi Joze Mourinyo İtaliya millisinin dünya çempionatındakı şanslarını dəyərləndirib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Çezare Prandellinin komandasının mundialda uğur qazanacağına inandığını bildirib:
“İtaliya dünya çempionatında uğur qazana bilər. Buna inanıram. Düzdür, onlar çətin qrupa düşüblər. Lakin İtaliya millisi istedadlı və təcrübəli futbolçulardan təşkil olunub. Əgər Çezare Prandellinin komandası qrup mərhələsini keçsə, o zaman bu yığma daha çox irəliləyəcək. Çünki onlar pley-off mərhələlərinə yaxşı hazırlaşıblar”.