İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşçisi Joze Mourinyo Romelu Lukakuya göz dikib.
Korner.az-ın məlumatına görə, bu haqda “The Guardian” xəbər yayıb.
Təcrübəli çalışdırıcı bu transferi gələn mövsüm İbrahimoviçin boşluğunu doldurmaq üçün istəyir.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis “Çelsi”nin başında olarkən belçikalı futbolçunun oyununu bəyənmədiyinə görə onu komandadan göndərmişdi.
Qeyd edək ki, hücumçu bu mövsüm indiyənə qədər Premyer Liqada 24 qol vurub.
