Mourinyo ilə bağlı yeni iddia
21.12.2018 , 11:04

“Mançester Yunayted”dən göndərilən Joze Mourinyo “Bavariya”nı çalışdıra bilər.
Münhen klubunun rəhbərliyi Niko Kovaçla yollarını ayırmağa hazırlaşır.
“Bavariya” veteran futbolçuları göndərmək və yeni kollektivin qurulmasında Mourinyonun əməyindən istifadə etmək istəyir.
Qeyd edək ki, Mourinyonun sabiq komandası “Real”ı çalışdıracağı haqda da xəbərlər yayılıb.
