“Eden Azar, Branislav İvanoviç, Sesk Fabreqas, Aspilikueta, Con Terri və Qari Kexill başda olmaqla heç bir futbolçum məni qane etmir”
Korner.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo deyib.
Onun sözlərinə görə komandada fiziki durum bərbad vəziyyətdədi:
“İki oyuna cəmi 1 xal toplamışıq. Bu, əlbəttə ki, məni narahat edir. Futbolçularımın fiziki və mənəvi durumu məni qane etmir. Onlardan daha çox şey tələb edirəm. Ümid edirəm ki, bu çətinlikdən layiqincə qurtula biləcəyik”
“Zadəganlar”ın lideri Eden Azar da bu barədə danışıb:
“Komandada hər kəs öz üzərində çalışmalıdı. Təbii ki, mən də buna çalışıram. Son iki oyunda bəxtimiz gətirmədi. Ancaq bunu düzəldə bilərik. Özümə gəlincə, dünyanın ən yaxşısı olmaq istəyirəm. Bu yolda ən yaxşılarla çalışıram”
Sky Sport
