Mourinyo fantastik məbləğdə təzminat alacaq
18.12.2018 , 16:43

“Mançester Yunayted”in istefaya göndərdiyi Joze Mourinyoya ödəyəcəyi təzminatın məbləği müəyyənləşib.
“Mankunyanlar” portuqaliyalı mütəxəssisə 24 milyon funt-sterlinq (təqribən 27 milyon avro) ödəməlidir. Çünki 55 yaşlı məşqçinin Mançseter təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.
Mourinyo qış fasiləsindən sonra istefaya göndərilsəydi, ona ödəniləcək təzminat xeyli az olacaqdı – 18 milyon funt-sterlinq.
Qeyd edək ki, Mourinyo 2016-cı ildən “MY”-i çalışdırırdı.
