Dünən İngiltərə Liqa Kubokunun finalında “Çelsi” “Tottenhem”i 2:0 hesabı ilə məğlub olaraq 2015-ci ildə ilk mükafatını qazanıb.
Korner.az-ın məlumatına görə, matçdan sonra “Tottenhem”in baş məşqçisi Maurisio Pokettino maraqlı açıqlamalar verib. Argentinalı mütəxəssis “Çelsi”nin baş məşqçisi Mourinyonu dünyanın ən yaxşısı adlandırıb:
“Jose Mourinyoya heyranam, mənə görə, o, dünyanın ən yaxşısıdı. Onun komandası ilə finalda qarşılaşmaq mənim üçün şərəfdi. Futbolçu kimi Mounun komandasına qarşı oynamışdım, baş məşqçi kimi buna nail olduğuma görə çox xoşbəxtəm”.
