"Çelsi"nin portuqaliyalı mütəxəssisi Joze Mourinyo David Luizin gedişiylə bağlı danışıb.
Korner.az-ın məlumatına görə, Mourinyo braziliyalı futbolçunun ünvanına bunları deyib: "David Luizin gedişi komandanı gücləndirdi. Onsuzda o, ilk seçimim deyildi. Mərkəz müdafiəçilərimiz Terri və Kehilldir. Arada Matiçi də o mövqedə oynadıram".