"Real”ın baş məşqçisi Joze Mourinyonun adına küçə olacaq.
Korner.az-ın məlumatına görə, Portuqaliyanın Setubal şəhərinin merliyi belə bir qərara gəlib. Çalışdırıcının qazandığı uğurlar merliyin diqqətindən yayınmayıb.
Qeyd edək ki, Joze Mourinyo 4 ölkədə – Portuqaliya, İngiltərə, İtaliya və İspaniyada çempionluq yaşayıb.