İngiltərə nəhəngi “Çelsi” baş məşqçisi Joze Mourinyoya uzunmüddətli müqavilə təklif etməyi düşünür.
Korner.az-ın məlumatına görə, Premyer Liqada mövsümün sonuna 3 tur qalmış çempionluğunu rəsmiləşdirən London klubunun baş məşqçisi Joze Mourinyonun 2019-cu ilə kimi komandada qalacağı bildirilir.
Portuqaliyalı mütəxəssis bu gün klub rəsmiləri ilə bir araya gəlib. Görüşdə Mourinyoya yeni müqavilə təklif olunub. Yazılanlara inansaq, Joze təklifi qəbul edib. Onun 2019-cu ilə kimi komandada qalacağı gözlənilir. Lakin hələlik “Çelsi” tərəfindən bu barədə rəsmi açıqlama gəlməyib. (“Sunday Times”)
