Mourinyo: “Çempionlar liqasının finalçıları…”
26.03.2019 , 14:27

Portuqaliyalı mütəxəssis Joze Mourinyo bu il Madrid şəhərində keçiriləcək Çempionlar Liqasının finalı və mümkün finalçıları ilə bağlı danışıb.
Hazırda şərhçi kimi fəaliyyət göstərən Mourinyo “Yuventus” və “Barselona” klublarını finalçı olaraq göstərib.
“Bu il Çempionlar Liqası bir qədər fərqli və maraqlı keçir. Mənə görə, finalın iştirakçıları “Yuventus” və “Barselona” klubları olacaq.”
Qeyd edək ki, Joze Mourinyo son olaraq İngiltərənin “Mançester Yunayted” klubunu çalışdırıb.
