“Mançester Siti” üzərində 3:2 hesablı qələbədən sonra “Real”-ın (Madrid) baş məşqçisi Mourinyonun “ürəyi yerinə gəlib”.
Korner.az– ın məlumatına görə, portuqaliyalı mütəxəssis komandasının sərgilədiyi futboldan razı qaldığını, yetirmələrinin sonadək mübarizə apardığını bildirib.
“Futbolçularıma həmişə eyni sözü deyirəm: bu günkü kimi oynadığınız matçlarda uduzmağınız problem deyil. Bu gecə meydanda heyvanlar kimi mübarizə apardıq. Ən çox sevindiyim məqam da budu. Hər zamankından daha aqressiv, daha istəkli mübarizə apardıq. İki dəfə yenik duruma düşdük, amma yıxılmadıq və sonadək mübarizə aparıb qazandıq. Ən önəli olan məqam mübarizədən əl çəkməməyimiz oldu.”
