Mourinyo bu futbolçunu “Fənərbağça”ya gətirir
21.06.2024 , 12:52

“Fənərbağça” yeni mövsüm üçün transfer axtarışlarını sürətləndirib.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi “Roma”nın 22 yaşlı mərkəz yarımmüdafiəçisi Edoardo Boveni heyətinə cəlb etməyə çalışır.
Joze Mourinyonun özü də bu transferi çox istəyir.
Ötən mövsüm “Roma”nın heyətində 45 rəsmi oyuna çıxan Edoardo Bove bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva
