Mourinyo: “Arrizabalaqanın hərəkətini bəyəndim”
25.02.2019 , 15:42

Joze Mourinyo Kepa Arrizabalaqanın ötən gün liqa kubokunun finalında tənqid olunduğu hərəkət ilə bağlı maraqlı açıqlama verib. Portuqaliyalı mütəxəssis ispan qapıçının hərəkətini bəyəndiyini dilə gətirib.
“Arrizabalaqanın oynamaq istəməsini çox bəyəndim. Bu, onun xarakterini və özünə güvənli olmasını göstərir. Ancaq baş məşqçisini çox çətin vəziyyətə saldı. Buna görə bir qədər pis oldum”.
Qeyd edək ki, Sarri penaltilər seriyasında ehtiyat qapıçı Villi Kabalyeronu meydana buraxmaq istəyib. Kepa bu qərarla razılaşmayaraq meydanı tərk etməyib.
