“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo futbolçusu Ueyn Runinin komandadan ayrılacağı iddialarına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, ingilis hücumçunun “MY”da qalacağını deyib:
“Runinin 31 yaşı var. Onun neçə yaşına qədər futbol oynayacağını dəqiq bilmirəm. Fikrincə, azı 35 yaşına kimi yaşıl meydanlarda olacaq. Yaxşı futbolçu olduğunu bir daha söyləməyimə ehtiyac yoxdur. O, bizim üçün önəmli oyunçudur. Runi heç yerə getmir”.
