“Çelsi”nin keçmiş baş məşqçisi Joze Mourinyo üzun müddət işsiz qalmayacağını bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
“Hazırda işsizəm. Taleyimə nə yazılıb, deyə bilmərəm. Bu səbəbdən də futbolda nəyin baş verəcəyini qabaqcadan söyləmək mümkün deyil. Lakin dəqiq deyə bilərəm ki, ailəm Londonda qalacaq.
Bir peşəkar kimi işimi bərpa etməyə hazıram. Bu mənim xoşbəxtliyim üçün lazımdır. 15 ildən çoxdur ki, məşqçiyəm. Bu müddət ərzində 2-ci dəfədir ki, belə bir pauza baş verib.
Lakin yenidən işə qayıdacağıma tam arxayınam”.
