“Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo adını klub tarixinə yazdırıb.
Korner.az-ın məlumatına görə, o bunu dünən “Hall Siti” ilə keçirilən matçda (1:0) edib.
Belə ki, portuqaliyalı mütəxəssis ardıcıl “qırmızı şeytanlar”ın tarixində 4 rəsmi oyunda qələbə qazanan ilk məşqçi olub.
