“Atletiko”nun yarımmüdafiəçisi Saul Nyiqes əvvəlki kimi “Mançester Yunayted”in maraq dairəsindədi.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Mail” nəşrixəbər verib.
Gələcək baş məşqçi Joze Mourinyo 21 yaşlı ispanın əldə edilməsi ideyasını bəyənib və onun keçidinə görə 70 milyon avronun ödənilməsinə icazə verib.
Məhz bu məbləğ futbolçunun yeni müqaviləsində qeyd edilib. Saul keçən həftə “Atletiko” ilə müqaviləsinin müddətini 2021-ci ilə qədər uzadıb. Daha öncə yarımmüdafiəçini 45 milyon avro qarşılığında almaq mümkün idi.
