"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun yeni klubunda işləri qaydasında getmir.
Korner.az-ın məlumatına görə, Avropa Liqasında "Feyenord" məğlubiyyətindən (0:1) sonra "qırmızı şeytanlar" daha bir zərbə alıb.
Mançester təmsilçisi Premyer Liqasnın 5-ci turunda "Uotford" səfərindən əliboş dönüb – 1:3
Təcrübəli mütəxəssis 10 ildən sonra ilk dəfə ardıcıl üç rəsmi matçdan məğlub ayrılıb.
"Special one" 2002-ci ildə "Portu" ilə, 2006-ci ildə isə "Çelsi" ilə eyni aqibəti yaşamışdı.
