"Globe Soccer Awards” versiyası üzrə keçirilən sorğuda İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo hamını qabaqlayaraq birinci olub.
Korner.az-ın məlumatına görə, mükafatlandırma mərasimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
"Kral" klubunun portuqaliyalı mütəxəssisi tədbirdə həyat yoldaşı və 2 övladı ilə birgə olub. Mourinyo Madridə dekabrın 29-da qayıdaraq, “kral klubu”nu İspaniya çempionatının növbəti oyununa hazırlayacaq.
