Moura həftənin oyunçusu seçildi
10.05.2019 , 14:32

UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Bu, “Tottenhem” klubunun futbolçusu Lukas Moura olub. Braziliyalı oyunçu komanda yoldaşı Musa Sissoko, eləcə də “Liverpul” klubundan Jorjinyo Viynaldum və Trent-Aleksandr Arnold ilə mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, Lukas Moura “Ayaks” ilə görüşdə komandasının 3:2 hesablı qələbəsində böyük rol oynayıb.
