Motta getdi, İtalyano gəlir
31.05.2024 , 11:00

“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano “Bolonya”nın başına keçə bilər.
Korner.az-ın məlumatına görə, “Bolonya” rəhbərliyi klubdan ayrılan Tiaqo Mottanın əvəzinə məhz İtalyanonu gətirməkdə maraqlıdı.
Tərəflər arasında danışıqların davam.etdiyi və məsələnin müsbət yöndə həll olunacağı gözlənilir.
