Moskva klubunun yeni baş məşqçisi bəlli oldu
06.01.2026 , 11:00
Moskva “Spartak”ının baş məşqçi vəzifəsinə Xuan Karlos gətirilib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ispaniyalı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
52 yaşlı çalışdırıcı son olaraq Kiprin “Pafos” klubunda çalışıb və yanvarın 4-də komandadan ayrılıb.