İtaliyanın məşhur “Gazzetta Dello Sport” nəşri araşdırma apararaq ölkə klublarına son illər xərclənən pulların məbləğlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıda Avropa Liqasında “Neftçi”nin rəqiblərindən olan “İnter” də var.
Qəzetin iddiasına görə, Moratti 1995-ci ildən, yəni kluba rəhbərlik etməyə başladığı gündən indiyədək 1,16 milyard avro pul xərcləyib. Onun “Milan”dakı həmkarı Silvio Berluskoni isə kluba başqanlıq etdiyi 26 ildə 593 milyon avro xərc çəkib. “Yuventus”un prezidenti Anyellinin kürsüdə keçirdiyi 12 ildə 225 milyon avro xərcləyib.
Qeyd edək ki, bu, yeni futbolçuların alınması, zərərlərin ödənilməsinə xərclənən pullardı. Araşdırmada klubun bank hesablarındakı pullarını nəzərə almayıb.