“Çelsi”nin futbolçusu Alvaro Morata zədəsini sağaldıb.İspan hücumçu komanda ilə ümumi məşqlərə başlayıb.
O, baş məşqçi Antonio Konte şans verəcəyi təqdirdə, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Roma”ya qarşı matçda oynaya biləcək.
Premyer Liqada “Mançester Siti” ilə oyunda zədələnən A.Moratanın bundan əvvəl 1 ay yaşıl meydanlardan uzaq qalacağı iddia olunmuşdu.
