Morata rəsmən “Yuventus”da
23.09.2020 , 10:33

“Yuventus” “Atletiko”nun hücumçusu Alvaro Moratanı satın alma şərti ilə icarəyə götürüb.
Turin təmsilçisi bu keçid üçün 10 milyon avro təzminat ödəyib. Oyunçu ilə 1+1 illik icarə sözləşməsi imzalanıb. “Qoca sinyora” ispaniyalı futbolçunu 45 milyon avroya transfer etmək hüququna sahibdir.
27 yaşlı hücumçu 2014-2016-cı illərdə “Yuve”də çıxış edib. O, A Seriyasında keçirdiyi 63 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə etmişdi.
