Morata “Qalatasaray”a keçir?
31.01.2025 , 11:30

“Qalatasaray”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi heyətini “Milan”ın futbolçusu Alvaro Morata ilə gücləndirmək istəyir.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərə görə, tərəflər arasınsa danışıqlar davam edir.
Hər iki tərəf transferin reallaşması üçün ortaq məxrəcə gəlməyə hazırlaşır.
