Ulduz futbolçu İtaliyaya qayıdır?
18.06.2025 , 22:29

Hazırda “Qalatasaray”da çıxış edən Alvaro Morata yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ispaniyalı futbolçu ilə “Latsio”nun yaxından maraqlandığı iddia olunur.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, ulduz oyunçunun bu təklifi dəyərləndirəcəyi bildirilib.
Bu mövsüm Super Liqada 16 matçda meydana çıxan hücumçu 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
