“Monza”nın Zlatan həmləsi
04.05.2023 , 23:48

“Milan”nın formasını geyinən Zlatan İbrahimoviçə yeni talib çıxıb.
Korner.az xəbər verir ki, İtaliyanın “Monza” klubu isveçli ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.
Tərəflərin danışıqlar apardığı və şifahi razılığa gəldiyi bildirilir.
Zlatan bu mövsüm zədəsi səbəbindən cəmi 4 matçda meydana çıxa bilib.
