Monteneqro – Azərbaycan oyununun hakimləri
15.09.2023 , 15:54
Korner.az xəbər verir ki, sentyabrın 26-da Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan qarşılaşmasını İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Maral Mirzai Beni olacaq. Ona yan xətt hakimləri Camilla Stendahl və Tilde Larsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Hanna Laajanen yerinə yetirəcək.
Sentyabrın 26-də Podqoritsada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq