Futbol

Monteneqro – Azərbaycan matçının hakimləri bilindi

14.10.2021 , 12:16

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçiriləcək oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 21-də Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristina Georgieva olacaq. Ona yan xətt hakimləri Ekaterina Marinova və Pavleta Raşkova kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristiana Qutev yerinə yetirəcək.

Son yazılar

Yuxarı