Sabiq futbolçu Cennaro Qattuzo “Milan”a qayıda bilər
Keçmiş yarımmüdafiəçi “rossonyerlər”i çalışdırmağa çox yaxındı.
Belə ki, hazırkı baş məşqçi Vinçentso Montella rəhbərliyin “səbr kasası”nı daşırmaq üzrədi. A seriyasının XII turunda “Sassuolo” ilə matçda da uğursuz nəticə qeydə alınsa, Montellanın “Milan”dan göndəriləcəyi bildirilir.
Qeyd edək ki, sabah baş tutacaq “Sassuolo” – “Milan” görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.
