Montella “Roma”nı çalışdıra bilər
16.04.2025 , 13:10

“Roma” yeni mövsüm üçün baş məşqçi axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi bu posta Vinçenzo Montellanı namizəd görür.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Xəbərdə, namizədlər arasında Montelladan başqa Stefano Pioli, Maksimiliano Alleqri, Mauritsio Sarri kimi məşqçilərin adlarının yer aldığı bildirilib.
İtaliya klubu hələlik son qərarını verib.
