Monroz “Neftçi”yə qoşuldu – FOTO
17.01.2020 , 17:14

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” bu gün iki dəfə məşqə çıxıb.
Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub. Sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb.
Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın “LKS Lodz” klubu ilə qarşılaşmış “Neftçi” ayın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubları ilə üz-üzə gələcək.
