“Monako”nun növbəti transferi
13.08.2019 , 15:43

Fransanın “Monako” klubu növbəti transferini açıqlayıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, “knyazlıq klubu” “Everton”dan Henri Onyekurunu transfer edib. Bu keçid üçün Liverpul təmsilçisinə 13,5 milyon avro nağd ödənilib. 1,5 milyon avro isə bonuslarla veriləcək. Nigeriya millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.
22 yaşlı vinger ötən mövsümü icarə əsasında Türkiyənin “Qalatasaray” klubunda keçirib. “Everton” nigeriyalı futbolçunu 2015-ci ildə Belçikanın “Eypen” klubundan 8 milyon avroya transfer etmişdi.
