“Monako”nun gənc ulduzu İngiltərəyə gedir?
06.01.2026 , 15:30
“Monako”nun gənc vingeri Maqnes Akliuş İngiltərədə oynaya bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün fəal şəkildə çalışır.
“Monako” onun transferi üçün 57 milyon avrodan yüksək məbləğ tələb etməyi planlaşdırır. Xatırladaq ki, ötən ilin sonlarında da “Tottenhem”in Akliuşa marağı gündəmə gəlmişdi.
Bu mövsümdə Akliuş bütün turnirlərdə 23 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Monako” ilə müqaviləsi 2028-ci ilə qədərdir.