Fransa 1-ci Liqasında mübarizə aparan "Monako"nun futbolçusu Fabinyo Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, futbolçunun atası Jaoa bildirib:
"Mançester Yunayted", "Mançester Siti", "Arsenal" və "Barselona" klubları ilə danışıqlar aparmışıq. "Mançester Yunayted"in və Joze Mourinyonun gördüyü işləri bəyənirik. Amma, "Mançester Siti"yə qarşı rəğbətimiz var".
