“Valensiya” “Monako”nun tunisli müdafiəçisi Aymen Abdennurla müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, “Valensiya”nın rəsmi səhifəsi 26 yaşlı futbolçu ilə bütün şərtlərdə razılığa gəlindiyini, onunla 5 illik müqavilə bağlandığını bəyan edib.
İspaniya mətbuatının yazdığına görə, “Valensiya” Abdennurun transferinə 30 milyon avro xərcləyib.
“Monako” “Tottenhem” və “Anderlext”lə birgə “Qarabağ”la Avropa Liqasının J qrupunda mübarizə aparacaq.
