Fransa 1-ci Liqasında mübarizə aparan “Monako” futbolçusu Tiemou Bakayokonun transfer qiymətini açıqlayıb.
Korner.az-ın məlumatına, bu haqda “Fransız Foot 365” xəbər yayıb.
Yarımmüdafiəçinin transfer qiymətinin 60 milyon avro olduğu açıqlanıb.
“Yuventus”, “Mançester Yunayted” və “Arsenal”ın oyunçu ilə maraqlandığı qeyd edilir. Lakin Fransa təmsilçisi 22 yaşlı futbolçunu satmaq fikrində deyil.
Xatırladaq ki, Bakayoko “Monako” forması ilə bu mövsüm iştirak etdiyi 40 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
