“Monako”nun futbolçusu Valer Jermen komandasını dəyişib.
27 yaşlı hücumçusu karyerasını “Marsel”də davam etdirəcək. Bu barədə Knyazlıq klubunun saytı məlumat yayıb.
Hücumçu ilə 4 illik müqavilə imzalanıb. Jermenin transferi “Marsel”ə 8 milyon avroya başa gəlib.
