“Monako”dan “Leyptsiq”ə
11.07.2020 , 16:53

“Leyptsiq” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Monako”dan Benyamin Henriksi heyətinə qatıb.
“Leyptsiq” 25 yaşlı müdafiəçini bir illik icarəyə götürüb.
Klub 2021-ci ilin yayında Henriksin transfer hüquqlarına sahib ola bilər.
