“Monako” futbolçuları Fadamel Falkao və Ceyms Rodriqesi satmayacaq.
Korner.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun vitse-prezidenti Vadim Vasilyev açıqlamasında deyib. O bildirib ki, hər iki oyunçu komandada qalacaq:
“Falkao üçün heç bir klubdan təklif almamışıq. Ceyms Rodriqeslə isə dörd illik müqaviləmiz var. Onun transferi üçün ötən mövsüm 50 milyon avro ödəyəndə hər kəs təəccüblənmişdi. Ancaq o, yaxşı futbolçu olduğunu dünya çempionatında göstərir. Falkao və Rodriqes “Monako”da qalacaq”.
Qeyd edək ki, Falkao və Rodriqeslə “Real”ın yaxından maraqlandığı iddia edilir.
