“Monako”da yeni qapıçı
12.09.2020 , 18:01

“Monako” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub İngiltərənin “Ridinq” klubundan ayrılan italiyalı qapıçı Vito Mannoneni heyətinə qatıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Mannone son mövsümü icarə əsasında Danimarka təmsilçisi “Esbyerq”də keçirib.
