“Monako” yeni transferə hazırlaşır
03.01.2025 , 16:22
“Monako” “Şturm”un hücumçusu Mika Biyereti heyətinə cəlb edir.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Fransa klubu hücumçusu Folarin Baloqanın sıradan çıxdığına görə onu 21 yaşlı futbolçu ilə əvəzləmək istəyir. Hazırda klublar arasında danışıqlar aparılır. Biyeretin “Monako”ya artıq razılıq verdiyi bildirilir.