“Monako” uduzdu, PSJ 4 qolla 14-ə çatdı
12.11.2018 , 09:44

Fransa Liqa1-də XIII tura yekun vurulub. Tur “Lill” – “Strasburq” qarşılaşması ilə başlayıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Liderlər qrupunda qərarlaşan digər komandalardan “Sent-Etyenn”də ev sınağına çıxıb. Komanda ilk hissədə vurduğu 2 qolla qalib gəlib.
Fransa Liqa1
XIII tur
9 noyabr
“Lill” – “Strasburq” – 0:0
10 noyabr
“Genqam” – “Lion” – 2:4
Türam, 21, 79-p. – Ouar, 62, Depay, 66, 73, Kornet, 83
“Sent-Etyenn” – “Reym” – 2:0
Debyuşi, 1, Xazri, 39
“Nim” – “Nitsa” – 0:1
Attal, 61
“Anje” – “Monpelye” – 1:0
Tomas, 70
“Tuluza” – “Amyen” – 0:1
Blin, 28
11 noyabr
“Bordo” – “Kan” – 0:0
“Marsel” – “Dijon” – 2:0
Okampos, 45, Rami, 54
“Renn” – “Nant” – 1:1
Yohansson, 8 – Sala, 16
“Monako” – PSJ – 0:4
Kavani, 4, 11, 53, Neymar, 64
