Fransanın “Monako” klubu Radamel Falkaonun ardından daha bir ulduz futbolçunu rənglərinə bağlamaq istəyir.
Korner.az-ın məlumatına görə, fransız klubu “Milan”ın futbolçusu Kevin Prins Boatenqi transfer etmək istəyir. “Milan” da futbolçusunu 15 milyon avroya satmağa hazır olduğunu açıqlayıb. Bu mövsüm 29 oyunda meydana çıxan Boatenq cəmi 2 qol vura bilib və 5 məhsuldar ötürmə edib.
